59-cu het-trik

59-cu het-trik

Kriştiano Ronaldo karyerasında 59-cu het-trikə imza atıb. Portuqaliyalı ulduz “Mançester Yunayted”in “Tottenhem”lə Premyer Liqa matçında fərqlənib.

O, vurduğu üç qolla komandasına 3:2 hesablı qələbə qazandırıb. Ronaldo 49 dəfə klubda, 10 dəfə yığmada bir oyuna 3 və ya daha çox top vurub.

Bu, karyerasını davam etdirən oyunçular arasında mütləq rekorddur. Lionel Messinin aktivində 55 het-trik var.

ETOPAZ

Əvvəlki yazı

Osaka və Keninə dəvət

Növbəti yazı

“Hyuston” iki basketbolçusunu heyətində saxladı