568 gündən sonra

568 gündən sonra

Azərbaycan Premyer Liqasının XII turunun “Kəpəz”lə oyununda het-trik müəllifi olan “Qarabağ”ın futbolçusu Yassin Benzia hər üç qolunu ilk 45 dəqiqədə vurub. Azərbaycan çempionatları tarixində fasiləyə qədər het-trik rəsmiləşdirən sonuncu oyunçu da “Qarabağ”ın üzvü olub.

2021/22 mövsümündə İbrahima Vadji bunu bacarıb. O, 2022-ci il aprelin 15-də “Şamaxı” ilə görüşün fasiləsinə qədər üç qol vurub. Həmin matçda “Qarabağ” 8:0 hesablı qələbə qazanıb. Benzia 568 gündən sonra eyni uğuru təkrarlayıb.

Ölkə çempionatlarında son het-trik isə ötən mövsüm qeydə alınıb. Bu il mayın 7-də Runi Eva “Neftçi”nin qapısına üç qol vurub. Həmin görüşdə “Turan Tovuz” 4:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”da 150-ci oyun

Növbəti yazı

“Qarabağ”dan 5-ci