55-ci qələbə
Dünyanın 8-ci raketkası Kasper Ruud ilin yekun turnirində yarımfinala yüksəlib. Norveçli tennisçi qrup mərhələsinin son matçında rusiyalı Andrey Rublyova qalib gəlib – 2:6, 7:5, 7:6.
Bu, Kasperin mövsümdə 55-ci qələbəsi olub. Ruud “ATP Finals”dakı debütündə yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, Ruud yarımfinalda rusiyalı Daniil Medvedevlə qarşılaşacaq.