52 milyonluq müqavilə

52 milyonluq müqavilə

 “Memfis” basketbolçusu Brendon Klarkla yeni müqavilə imzalayacaq. Tərəflər 4 illik anlaşma barədə razılıq əldə edib.

 Hücumçu bu müddətdə 52 milyon dollar qazanacaq. “Qrizlis” üçün Klark vacib oyunçu sayılır.

O, ötən mövsümdə orta hesabla 10,4 xal, 5,3 ribaund və 1,3 ötürməyə imza atıb. Klark 2019-cu ilin draftında “Oklahoma” tərəfindən seçilsə də, iki həftə sonra oyunçu dəyişikliyi nəticəsində “Memfis”ə keçib.

ETOPAZ

Əvvəlki yazı

Badosa gerilədi

Növbəti yazı

Benzema yeni müqavilə imzalayacaq