50-ci ev oyunu

50-ci ev oyunu

“Kəpəz” Azərbaycan Kubokunda 50-ci ev oyununu keçirib. Bu, II təsnifat mərhələsinə təsadüf edib. Gəncə təmsilçisi “Baku Sportinq”ə 2:0 hesabı ilə qalib gəlib. Qərblilər kubokdakı 50 ev oyununda 31 qələbə qazanıb, 6 heç-heçə edib və 13 dəfə uduzub.

“Kəpəz” ölkə kuboku tarixinə öz meydanında 50 və daha çox matç keçirən 4-cü komanda kimi düşüb. Yalnız “Neftçi”, “Qarabağ” və “Şamaxı” daha çox görüşə çıxıb.

Qeyd edək ki, “Kəpəz” kubokda ilk matçını 1993-cü ildə 1/32 finalda “Nicat”a qarşı keçirib və 1:2 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

Valverde 150-yə çatdı

Növbəti yazı

“Araz-Naxçıvan”dan ilklər