400-cü qələbə
Fabio Fonyini ATP səviyyəsində 400-cü qələbəsini qazanıb. Dünya reytinqinin sabiq 9-cusu Hamburqdakı turnirdə bu rəqəmə çatıb.
O, Alyaj Bedeneni məğlub edib – 6:3, 3:6, 7:6. Karyerasına 2004-cü ildə başlayan italiyalı bu müddətdə 752 matça çıxıb. 400 qələbəsi olan tennisçi 352 dəfə uduzub.