4-cü dəfə finalda

4-cü dəfə finalda

Devis kubokunda ilk finalçı müəyyənləşib. Yarımfinalın birinci günündə Xorvatiya Serbiya ilə qarşılaşıb. Balkanlıların duelinin taleyi cütlərin oyununda həll olunub

Mate Paviç və Nikola Maktiçdən ibarət cütlük Xorvatiyaya 2:1 hesablı qələbə qazandırıb. Onlar Novak Cokoviçlə Filip Kraynoviaya qalib gəliblər – 7:5, 6:1.

Bununla da Xorvatiya tarixində 4-cü dəfə Devis kubokunun finalına yüksəlib. 2005-ci və 2018-ci illərdə kuboku qazanan yığma 2016-cı ildə Argentinaya uduzub.

Qeyd edək ki, Xorvatiyanın finaldakı rəqibi Rusiya – Almaniya matçında bəlli olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qolden Steyt” yenidən zirvədə

Növbəti yazı

“Qalatasaray”ın Yoviç planı