4 azərbaycanlı ömürlük futboldan uzaqlaşdırıldı

4 azərbaycanlı ömürlük futboldan uzaqlaşdırıldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qurumun bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

I Liqada “İrəvan” klubunda çıxış edən 01.05.1999-cu il təvəllüdlü Atlam Ege Adnan oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 107.2);

I Liqada “İrəvan” klubunda çıxış edən 16.03.1996-cı il təvəllüdlü Muradbəyli Fəhmin Surxay oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 107.2);

“Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi, 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 107.2);

26.06.1993-cü il təvəllüdlü Rüstəmov Yusif Vidadi oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 107.2);

I Liqada “İrəvan” klubunda çıxış edən 08.01.2002-ci il təvəllüdlü Məhərrəmov Ramin Faiq oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

I Liqada “İrəvan” klubunda çıxış edən 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Baku Sporting” klubunda çıxış edən 29.01.1996-ci il təvəllüdlü Rəhimov Vüqar Əlibaba oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Lerik” klubunda çıxış edən 09.09.1992-ci il təvəllüdlü Ramazanlı Xətai Rəfail oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir. Sınaq müddəti 1 il təyin edilir (maddə 107.4, 32);

II Liqada “Qusar” klubunun vitse-prezidenti 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimə edilir, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilir (maddə 105);

16.03.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XXVII turun “Araz-Naxçıvan” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Araz-Naxçıvan” klubunun 27 nömrəli futbolçusu Numan Kurdiç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 41);

17.03.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XXVII turun “Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 51.8);

17.03.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XXVII turun “Turan Tovuz” – “Qarabağ” oyununun 6-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

17.03.2024-cü il tarixində Azərbaycan Premyer Liqasında XXVII turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37).

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 21.03.2024

Növbəti yazı

Qarnaço “Real”ın hədəfində