Di Mariya “Qalatasaray” və “Benfika”nın hədəfində
“Yuventus”un futbolçusu Anxel di Mariyanın karyerasını davam etdirə biləcəyi klublar bəlli olub. Yarımmüdafiəçi iki komandadan təklif alıb.
35 yaşlı argentinalını “Benfika” və “Qalatasaray” heyətinə qatmaq istəyir. Bu klublar yayda azad agent statusu alacaq futbolçunu pul ödəmədən ələ keçirməyi planlaşdırır.
Yarımmüdafiəçi cari mövsümün 39 matçında 8 qol və 7 assistə imza atıb.