35 oyunluq seriya qırıldı

35 oyunluq seriya qırıldı

Əlcəzair yığmasının 35 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Bu, Afrika Millətlər Kubokunun qrup mərhələsinin Ekvatorial Qvineya ilə matçına təsadüf edib.

Camel Belmadinin yetirmələri 0:1 hesabı ilə uduzub. Bu seriya müddətində Əlcəzair millisi 25 qələbə qazanıb və 10 heç-heçə edib. Bununla da afrikalılar dünya rekordunun iki addımlığında dayanıb. İtaliya yığması 37 qarşılaşmada məğlubiyyət yaşamayıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”ın 12-ci Superkuboku

Növbəti yazı

Dieqo Kostanın müqaviləsinə xitam verildi