34-cü qələbə

34-cü qələbə

İqa Şventek “Rolan Qarros”un finalına yüksəlib. O, yarımfinalda Darya Kasatkinaya qalib gəlib – 6:2, 6:1.

Polşalı tennisçi bununla da qələbə seriyasını 34-ə çatdırıb. İqa mövsümdə 4-cü dəfə Kasatkinanı məğlubiyyətə uğradıb.

O, karyerasında ikinci dəfə “Böyük dəbilqə”nin finalına yüksəlib. 2020-ci ildə “Rolan Qarros”un qalibi olan Şventek ümumilikdə ardıcıl 6-cı titulun bir addımlığındadır.

ETOPAZ

Əvvəlki yazı

Lebron milyarder oldu

Növbəti yazı

“Borussiya” 5 futbolçusunu satır