32 ilin ən gənc finalçısı
Karlos Alkaras “US Open”də finala yüksəlib. O, yarımfinalda Frensis Tiafunu məğlub edib – 6:7, 6:3, 6:1, 6:7, 6:3.
Dünya reytinqində 4-cü olan ispaniyalı karyerasında ilk dəfə “Böyük dəbilqə” finalına yüksəlib. 19 yaşlı tennisçi son 17 ildə buna nail olan ən gənc oyunçudur.
2005-ci ildə “Rolan Qarros”da finala yüksələn Rafael Nadaldan sonra titulun bir addımlığında belə gənc oyunçu olmayıb. Karlos “US Open”də isə 32 ilin ən gənc finalçısıdır. 1990-cı ildə Pit Sampras eyni uğura imza atıb.