31 ildən sonra, Zverev 10-cu oldu
Kişi tennisçilər arasında ilin yekun turniri başa çatıb. Dünyanın üçüncü raketkası Aleksandr Zverev həlledici qarşılaşmada reytinqdə ikinci olan Daniil Medvedevə qəlib gəlib – 6:4, 6:4.
2018-ci ildə də bu titulu qazanan almaniyalı tennisçi “ATP Finals”da bir dəfədən çox çempion olan 10-cu iştirakçıdır. Rocer Federer 6, Novak Cokoviç, İvan Lendl, Pit Sampras 5, İlie Nastase 4, Boris Bekker, Con Makinroy 3, Byorn Borq və Leyton Huitt 2 dəfə yekun turnirində çempionluq yaşayıb.
Zverev “ATP Finals”ın yarımfinalında 1-ci raketka Novak Cokoviçi, finalda 2-ci raketka Daniil Medvedevi udub. Yekun turnirinin çempionunun pley-offda reytinqin iki ən güclüsünə qalib gəlməsinə sonuncu dəfə 31 il öncə təsadüf olunub. 1990-cı ildə Andre Aqassi 2-ci raketka Boris Bekker və 1-ci raketka Stefan Edberqi məğlub edib.