300 oyunda 190 qol

300 oyunda 190 qol

Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe karyerasında 300-cü oyununu keçirib. 22 yaşlı hücumçunun yubileyi DÇ-2022-nin  seçmə mərhələsinin son turuna təsadüf edib.

O, Finlandiya üzərindəki 2:0 hesablı qələbədə qolla pay sahibi olub. Mbappe karyerası ərzində 190 qola imza atıb. Onun hesabında 93 assist var.

Qeyd edək ki, Mbappe karyerası ərzində “Monako”, PSJ və Fransa millisində oynayıb.

e-Topaz

Əvvəlki yazı

Mövsümdə 4-cü, Karridən 3-cü

Növbəti yazı

Federer Avstraliyada oynamayacaq