Niderland, Ekvador və İngiltərə üçün 1/8 final şansı
Qətərdə keçirilən DÇ-2022 davam edir. Çempionatın 6-cı oyun günündə qrup mərhələsinin II turuna start veriləcək.
Turun ilk günündə dörd matç keçiriləcək. A və B qruplarının komandaları ikinci oyunlarına çıxacaq.
A qrupunda mundiala məğlubiyyətlə başlayan Qətərlə Seneqal üz-üzə gələcək. Bu görüş heç-heçə bitsə, hərəyə 3 xalı olan Niderlandla Ekvadorun duelində qalib gələn komanda 1/8 finala vəsiqəni təmin edəcək. Autsayderlərin matçında uduzan komanda üçün isə pley-off şansı qalmayacaq.
B qrupunda da 1/8 finalın ilk iştirakçısı müəyyənləşə bilər. İngiltərə ABŞ-a qalib gəlsə, digər matçın nəticəsindən asılı olmayaraq növbəti mərhələyə yüksələcək. Uelslə qarşılaşacaq İran qrupda qalmamaq üçün ən azı uduzmamalıdır.
Qeyd edək ki, bu iki qrupda sonuncu turun matçları noyabrın 29-da keçiriləcək.
DÇ-2022
Qrup mərhələsi
II tur, 25 noyabr
B qrupu
14:00. Uels – İran
“Ahmad Bin Ali” stadionu
A qrupu
17:00. Qətər – Seneqal
“Al Tumama” stadionu
A qrupu
20:00. Niderland – Ekvador
“Xalifa” stadionu
B qrupu
23:00. İngiltərə – ABŞ
“Al Bayt” stadionu