“Çelsi” uduzdu, Dortmundda böyükhesablı qələbə

“Çelsi” uduzdu, Dortmundda böyükhesablı qələbə

Çempionlar Liqasında 2022/23 mövsümünün qrup mərhələsinə start verilib. I turun ilk oyun günündə iki matçı başa çatıb.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su öz meydanında “Çelsi”ni qəbul edib. E qrupunun matçında Xorvatiya çempionu sensasiyaya imza ataraq adlı-sanlı rəqibini 1:0 hesabı ilə məğlub edib. Mahir bu görüşdə meydana çıxmayıb.

G qrupunda çıxış edən Dortmund “Borussiya”sı da ev qələbəsi qazanıb. Almaniya təmsilçisi “Kopenhagen”lə matçda rəqibini böyükhesablı məğlubiyyətə uğradıb – 3:0.

Qeyd edək ki, bu gün turun daha 6 matçı baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Qauff “ilk-10″luqda debüt edəcək

Növbəti yazı

PSJ qalibiyyətlə başladı, “Şaxtyor”dan Almaniyada 4 qol