21-ci dəfə “Top-20”də
Rocer Federer ATP-nin 2021-ci il üçün yekun reytinqində “Top-100”də yer alan ən yaşlı tennisçidir. 40 yaşlı veteran cədvəldə 16-cı yerdə qərarlaşıb.
O, ardıcıl 21-ci mövsümü 20 ən yaxşı arasında başa vurub. Bu, yeni rekorddur. 2001-ci ilin fevralında “Top-20”yə daxil olan Federer hələ də buradakı mövqeyini qoruyur.