2002-dən sonrakı ən gənc final
ABŞ Açıq turnirinin finalçıları Karlos Alkaraz və Kasper Ruud olub. Bu qarşılaşma yarış tarixinə ikinci ən gənc finalı düşüb.
Birinci yeri 1990-cı ildə 19 yaşlı Pit Sampras və 20 yaşlı Andre Aqassi arasında keçirilən final tutur. Həmçinin Alkarasın Ruudla oyunu Uimbldon-2002-dən sonra ən gənc TBS finalı olub.