2000-ci qələbə

2000-ci qələbə

“Liverpul” İngiltərə çempionatlarının yüksək liqasında 2000 qələbə qazanan ilk komanda olub. Mersisaydlılar Premyer Liqanın XVII turunda yubiley uğurunu rəsmiləşdirib.

Yurgen Kloppun yetirmələri “Nyukasl”a 3:1 hesabı ilə qalib gəlib. Bu oyunadək komandanın aktivində 1999 qələbə var idi.

Bu göstəricidə ikinci yerdə “Arsenal”dır – 1926 qələbə. 1872 dəfə qalib gələn “Everton” üçüncü sırada qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Bruklin”in tarixində ilk

Növbəti yazı

Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi