Liderdən növbəti qələbə
Azərbaycan Premyer Liqasında XIII turun son gününə start verilib. Günün ilk matçı Zirədə baş tutub.
Qəsəbənin eyniadlı klubu “Qəbələ”ni qəbul edib. Görüşün ilk yarısı qolsuz başa çatıb.
İkinci hissənin ortalarında Qismət Alıyev penalti zərbəsi ilə hesabı açıb. Bu qol çempionatın liderinə üç xal qazandırıb. Evdə 1:0 hesabı ilə qalib gələn “Zirə” zirvədəki mövqeyini qoruyub.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qarabağ” – “Səbail” matçı ilə yekun vurulacaq.