1986-cı ildən sonra ən yaxşı nəticə

1986-cı ildən sonra ən yaxşı nəticə

“Finiks” 2022-ci il pley-off mərhələsinə uğurla davam edir. “Sanz” ikinci turun “Dallas”la seriyasına (121:114, 1:0) qələbə ilə başlayıb.

“Finiks” basketbolçuları bu görüşdə 50,5 faizlik dəqiqliklə oynayıb. Bununla da, “Sanz” yeni uğura imza atıb. Komanda pley-off mərhələsinin ilk yeddi matçının hamısında ən azı 50 faizlik nəticə göstərib.

Bu, “Leykers”in belə bir faiz göstərdiyi 1986-cı ildən bəri ən yaxşı nəticədir. Həmin vaxt “Los Anceles” də bunu ilk yeddi pley-off oyununda bacarıb.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

Tim 100-lükdən kənar qaldı