Mahir Emreli Xorvatiya çempionu oldu
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionu olub. 25 yaşlı hücumçunun komandası bu titulu 35-ci turda təmin edib.
Səfərdə “Şibenik”i 2:0 hesabı ilə məğlub edən “Dinamo” xal hesabını 76-ya çatdırıb. Emreli səfər görüşündə iştirak etməyib. Bununla da zaqreblilər sona bir tur qalmış 72 xala malik “Xayduk” üçün əlçatmaz olub. Beləliklə, “Dinamo” ardıcıl 5-ci, ümumilikdə 23-cü dəfə Xorvatiya çempionu adını qazanıb.