Ten Haq həmyerlisini gətirir

Ten Haq həmyerlisini gətirir

“Mançester Yunayted”in baş məşqçisi postuna gətiriləcəyi gözlənilən Erik Ten Haqın transfer hədəfi bəlli olub. Niderlandlı mütəxəssis həmyerlisi Steven Berqveyni komandasında görmək istəyir.

Ten Haq “Tottenhem”də çıxış edən vingerin yayda alınmasının tərəfdarıdır. Yanvarda 24 yaşlı futbolçunun “Ayaks”a keçidinə çalışan mütəxəssis onunla yeni komandasında çalışmaq niyyətindədir.

Qeyd edək ki, Berqveyn mövsümün 20 matçında 3 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Pelikans” tarixdə 4-cü oldu

Növbəti yazı

“Mançester Siti”nin hədəfindəki argentinalı