15 ildən sonra A seriyasına vida

15 ildən sonra A seriyasına vida

İtaliya A seriyasını tərk edən daha bir komanda müəyyənləşib. “Venetsiya”nın ardından “Cenoa” da B seriyasına yuvarlanıb.

Bu, 37-ci turda rəsmiləşib. “Napoli”yə 0:3 hesabı ilə uduzan Genuya klubu A seriyasında qalmaq şansını itirib. 28 xalla 19-cu pillədə qərarlaşan komanda 17-ci sıradakı “Salernitana”dan üç xal geri qalır. Genuyalılar şəxsi oyunlara görə bu komandanı keçə bilməyəcək. “Cenoa” sonuncu dəfə 2006/07 mövsümündə çıxış etdiyi B seriyasına 15 ildən sonra qayıdıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 16.05.2022

Növbəti yazı

16 milyonluq qazanc