15 ildə ilk

15 ildə ilk

İngiltərə kubokunda 1/8 final mərhələsi başa çatıb. Premyer Liqanın yalnız 4 komandası 1/4 finala yüksəlib.

Bu, son 15 ildə ilk belə hadisədir. Aşağı liqa təmsilçilərinin 1/4 finalda bu qədər çox olmasına sonuncu dəfə 2008-ci ildə təsadüf olunub.

1/4 final cütləri aşağıdakı kimidir:

“Mançester Siti” – “Bernli”

“Mançester Yunayted” – “Fulhem”

“Brayton” – “Qrimsbi Taun”

“Şeffild” – “Blekbern”

Bu komandalardan “Mançester Yunayted”, “Mançester Siti”, “Brayton” və “Fulhem” Premyer Liqanı təmsil edir.

Qeyd edək ki, 2007/08 mövsümündə ¼ finala “Mançester Yunayted”, “Çelsi”, “Portsmut” və “Midlsbro” yüksəlmişdi.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin baş məşqçi postuna əsas namizəd

Növbəti yazı

Alkarasa görə təxirəsalma