130 milyonluq hücumçu
“Napoli” futbolçusu Viktor Osimhenlə müqaviləni uzadıb. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
Nigeriyalı yeni hücumçu ilə anlaşma 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Müqavilədə onun sərbəstqalma məbləği də göstərilib.
Osimheni almaq istəyən klub 130 milyon avro ödəməlidir. O, cari mövsümün 12 oyununda 7 qol vurub.