110 min dollarlıq cərimə
NBA “Yuta” – “İndiana” oyununda baş verənlərlə bağlı cəza sanksiyaları tətbiq edib. Liqa qalmaqalın iştirakçısı olan 4 basketbolçunu cərimələyib. Onlar ümumilikdə 110 min dollar ödəməli olacaqlar.
Ən ağır cəza “Yuta”nın oyunçusu Rudi Qoberə verilib. Maylz Ternerlə davanın təxribatçısı 35 min cərimələnib. “Peysers”in mərkəz oyunçusu isə 25 min ödəyəcək. Qalmaqalda iştirak edən oyunçulardan Co İnqls 30, Donovan Mitçell 20 min cərimə olunub.