101 oyunluq seriya qırıldı
Premyer Liqanın 20-ci turunun bu gün keçirilən “Vest Hem” – “Brayton” oyunu 0:0 hesabı ilə başa çatıb. Bununla da London klubunun 101 oyunluq seriyası qırılıb.
“Vest Hem”in öz meydanında keçirdiyi son 101 görüşdə ən azı 1 qol vurulmuşdu. Premyer Liqadakı sonuncu ev qolsuzluğu 2018-ci ilin sentyabrında qeydə alınıb.
Həmin vaxt “Çelsi” ilə qarşılaşmada 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, “Vest Hem” hazırda 20 oyundan sonra 34 xalla turnir cədvəlində 6-cıdır.