10-cu dəfə ən yaxşı seçildi
Avstriyada ilin futbolçusu bəlli olub. Bu mükafatı David Alaba qazanıb.
Avstriya millisinin və “Real”ın müdafiəçisi 10-cu dəfə bu ada layiq görülüb. O, Avstriya çempionatının 12 klubunun baş məşqçilərinin qatıldığı səsvermədə qalib olub.
Alaba 58 xal toplayıb. O, Marko Arnautoviçi 42 xala qabaqlayıb.