1/8 finalın daha 2 cütü müəyyənləşdi
Dünya çempionatında daha 2 qrupda mübarizə yekunlaşıb. C və D qruplarından 1/8 finala vəsiqə qazanan komandalar bəlli olub.
Bununla da, pley-offun daha 2 cütü müəyyənləşib. C qrupunu lider tamamlayan Argentina D qrupunun ikincisi Avstraliya ilə qarşılaşacaq. Oyun 3 dekabrda keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.
D qrupunun qalibi olan son dünya çempionu Fransa C qrupunda Argentinadan geri qalan Polşaya rəqib olub. Bu qarşılaşma isə dekabrın 4-də baş tutacaq. Matç Bakı vaxtı ilə 19:00-da start götürəcək.
Qeyd edək ki, bunadək daha 2 cüt müəyyənləşib. Niderland ABŞ-a, İngiltərə Seneqala rəqib olub.