Ən yaxşı qapıçı mükafatlandırıldı

Ən yaxşı qapıçı mükafatlandırıldı

“France Football”un təsis etdiyi Lev Yaşin mükafatının qalibi bəlli olub. 2021-ci ilin ən yaxşı qapıçısı adına PSJ-nin və İtaliya millisinin qolkiperi Canluici Donnarumma layiq görülüb.

O, “Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində mükafatlandırılıb. Donnarumma digər namizədlər Keylor Navas (PSJ), Emiliano Martines (“Aston Villa”), Manuel Noyer (“Bavariya”), Yan Oblak (“Atletiko”), Samir Handanoviç (“İnter”), Ederson (“Mançester Siti”), Kasper Şmeyxel (“Lester”), Eduard Mendi (“Çelsi”) və Tibo Kurtuanı (“Real”) arxada qoyub.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”nın futbolçusu ən yaxşı seçildi

Növbəti yazı

“Çelsi” ilin komandasıdır