Ən yaxşı pleymeykerlər

Ən yaxşı pleymeykerlər

“FourFourTwo” portalı dünyanın ən yaxşı pleymeykerlərinin reytinqini tərtib edib. Siyahıya “Bavariya”nın futbolçusu Tomas Müller başçılıq edir.

Maraqlıdır ki, ikinci pillədə “Liverpul”un cinah müdafiəçisi Trent Aleksander-Arnold qərarlaşır. İlk “üçlüy”ü “Mançester Yunayted”in orta sahə oyunçusu Bruno Fernandeş tamamlayır. Kevin De Bruyne (“Mançester Siti”) və “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”in aparıcı oyunçusu Dimitri Paye 4-5-ci yerləri bölüşdürür. PSJ-nin hücumçusu Lionel Messi yalnız 6-cı pillədə özünə yer tapa bilib.

ETOPAZ

Əvvəlki yazı

“Lester” oyunçusu ilə müqavilənin müddətini uzatdı

Növbəti yazı

Draqiç 5 klubun diqqətində