Ən yaxşı debütantlar

Ən yaxşı debütantlar

NBA-da mövsümün arxada qalan hissəsinin ən yaxşı debütantları müəyyənləşib. Oktyabr və noyabr aylarını əhatə edən dövr üçün həm Qərb, həm Şərq Konfransında ən yaxşının adı bəlli olub.

“Oklahoma”nın oyunçusu Coş Qiddi Qərb, “Klivlend”in üzvü Evan Mobli Şərqin ən yaxşı debütantı olub. 19 yaşlı Qiddi “Tander” tərəfindən draftın 6-cısı kimi seçilib. Avstraliyalı mövsümün ilk 20 matçında orta hesabla 10,4 xal, 7,2 ribaund, 5,8 ötürmə, 1,0 topalma və 0,7 blok-şotlıa yadda qalıb.

Draftın üçüncü nömrəsi olan 20 yaşlı Mobli 18 matçda iştirak edib. O, 14,5 xal, 8,2 ribaund, 2,6 ötürmə, 0,9 topalma və 1,8 blok-şotla fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” Dembeleyə vaxt verdi

Növbəti yazı

Fernandeş “100”ə çatdı