Ən yaxşı adına bütün namizədlər

Ən yaxşı adına bütün namizədlər

“France Football” nəşrinin mükafatlarına namizədlərin tam siyahısı müəyyənləşib. Bunu Fransa jurnalının özü açıqlayıb.

Ən yaxşı qapıçısına verilən “Lev Yaşin” mükafatına namizədlər də bəlli olub. Bu ada 10 iddiaçı var: Tibo Kurtua (“Real”), Yassin Buno (“Əl-Hilal”), Mayk Manyan (“Milan”), Mark-Andre Ter Şteqen (“Barselona”), Ederson (“Mançester Siti”), Andre Onana (“Mançester Yunayted”), Aaron Remsdeyl (“Arsenal”), Emiliano Martines (“Aston Villa”), Dominik Livakoviç (“Fənərbaxça”), Bris Samba (“Lans”).

“France Football” ilin ən yaxşı gənc oyunçusu adına namizədləri də açıqlayıb. 21 yaşa qədər olan 10 oyunçu bu ada iddia edir: Rasmus Hoylund (“Mançester Yunayted”), Alexandro Balde (Barselona), Pedri (Barselona), Eduardo Kamavinqa (“Real”), Xavi Simmons (“Leyptsiq”), Camal Musiala (“Bavariya”), Cud Bellinqem (“Real”), Antonio Silva (“Benfika”), Qavi (“Barselona”), Elie Vai (“Lans”).

Xatırladaq ki, bir gün öncə ilin ən yaxşı oyunçusuna verilən “Qızıl top” mükafatına namizədlər də açıqlanmışdı. Bu titula 30 namizəd var: Andre Onana (“Mançester Yunayted”), Kərim Benzema (“Əl İttihad”), Yoşko Qvardiol (“Mançester Siti”), Camal Musiala (“Bavariya”), Məhəmməd Salah (“Liverpul”), Emiliano Martinez (“Aston Villa”), Xviça Kvaratsxeliya (“Napoli”), Yasin Bono (“Əl-Hilal”), Martin Odeqaard (“Arsenal”), Xulian Alvares (“Mançester Siti”), İlkay Gündoğan (“Barselona”), Vinisius Junior (“Real”), Ruben Dias (“Mançester Siti”), Erlinq Haaland (“Mançester Siti”), Nikolo Barella (“İnter”), Cude Bellinqem (“Real”), Bukayo Saka (“Arsenal”), Kevin De Bruyne (“Mançester Siti”), Bernardo Silva (“Mançester Siti”), Randal Kolo Muani (PSJ), Lionel Messi (“İnter Mayami”), Rodri (“Mançester Siti”) , Lautaro Martinez (“İnter”), Antuan Qrizmann (“Atletiko”), Robert Levandovski (“Barselona”), Kilian Mbappe (PSJ), Viktor Osimhen (“Napoli”), Kim Min Jae (“Bavariya”), Luka Modriç (“Real”), Harri Keyn (“Bavariya”).

Qeyd edək ki, mükafatların sahibləri oktyabrın 30-da keçiriləcək təltifetmə mərasimində açıqlanacaq.

ETOPAZ

Əvvəlki yazı

Almaniya və Serbiya Paris-2024-də

Növbəti yazı

Dalbert özünə komanda tapdı