Ən bahalı transferlər

Ən bahalı transferlər

Ən bahalı qış transfer sövdələşmələrinin siyahısı açıqlanıb. Yanvarda reallaşan ən bahalı keçid Duşan Vlahoviç olub.

Serbiyalı hücumçunun “Fiorentina”dan “Yuventus”a transferi 81,6 milyon avroya bərabər göstərilib. İkinci yerdə “Mançester Siti”ni “Barselona”ya dəyişən Ferran Torres qərarlaşıb. Yanvarda baş tutan ən bahalı transferlər:
1. Duşan Vlahoviç (“Fiorentina”dan “Yuventus”a) – 81,6 milyon avro
2. Ferran Torres (“Mançester Siti”dən “Barselona”ya) – 55 milyon
3. Luis Dias (“Porto”dan “Liverpul”a) – 45 milyon
4. Bruno Gimaraes (“Lion”dan “Nyukasl”a) – 42,1 milyon
5. Kris Vud (“Bernli”dən “Nyukasl”a) – 30 milyon
5. Lük Din (“Everton”dan “Aston Villa”ya) – 30 milyon.

ETOPAZ

Əvvəlki yazı

Ən çox qazanan 10 futbolçu

Növbəti yazı

Mundiala 15-ci vəsiqə