“Əl-Sədd”dən bəyanat: “Xavinin müqaviləsi var”

“Əl-Sədd”dən bəyanat: “Xavinin müqaviləsi var”

İspaniyanın “Barselona” klubunun baş məşqçi postuna Xavini gətirmək istəməsi “Əl-Sədd” rəhbərliyinin narazılığına səbəb olub. Qətər təmsilçisi ispaniyalı çalışdırıcısını buraxmaq istəmir.

Asiyalılar bununla bağlı bəyanat yayıb: “Xavinin klubla iki illik müqaviləsi var. O, liqadakı liderliyi və titulu qorumaq üçün tamamilə qarşıdakı oyunlara köklənib”.

41 yaşlı mütəxəssis “Barselona”da istefaya göndərilən Ronald Kumanı əvəzləməyə əsas namizəddir. İspaniya klubu Xavi üçün “Əl-Sədd”ə kompensasiya da ödəmək istəmir. Lakin asiyalılar da baş məşqçisini saxlamaqda israrlıdır.

ETOPAZ

Əvvəlki yazı

Trey Yanqa cəza

Növbəti yazı

“Milan”dan 10 milyonluq təklif