“Əl-Sədd” “Barselona”ya şərt qoydu

“Əl-Sədd” “Barselona”ya şərt qoydu

Qətərin “Əl-Sədd” klubu baş məşqçisi Xavi ilə danışıqlarda “Barselona”ya güzəştə getməkdən imtina edib. Asiyalılar çalışdırıcı üçün 1 milyon avro istəyir.

“Əl-Sədd” rəhbərliyi daha bir şərt də irəli sürüb. Onlar rəsmi təklifi klub prezidenti Joan Laportanın göndərməsini tələb edib. Asiyalıların belə istəyi təsadüfi deyil. Laporta danışıqlar üçün Dohaya getməkdən boyun qaçırıb. Qətər paytaxtına vitse-prezident Rafa Yuste və idman direktoru Mateu Alemani yollanıb. Xatırladaq ki, Xavinin müqaviləsi 2023-cü ildə başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Startda ən faydalı oyunçu

Növbəti yazı

Oje-Alyassim yekun turniri şansını itirdi