Zverev mövsümün liderinə şərik çıxdı

Zverev mövsümün liderinə şərik çıxdı

Almaniyalı tennisçi Aleksandr Zverev Parisdəki “Masters”in yarımfinalına yüksəlib. Dünyanın dördüncü raketkası 1/4 finalda Kasper Ruud üzərində qələbə qazanıb – 7:5, 6:4.

Zverev son 30 oyunda 28 dəfə qalib gəlib. Ruud üzərində qələbə onu mövsümün liderinə şərik edib. Belə ki, almaniyalı 2021-ci ildə 55-ci qələbəsini qazanıb.

O, bu göstəricidə Stefanos Tsitsipasa çatıb. Aleksandr mövsümdə 3-cü, karyerasında 12-ci dəfə “Masters”in yarımfinalına yüksəlib.

ETOPAZ

Əvvəlki yazı

Xavi “Barselona”da

Növbəti yazı

25 ildə ilk dəfə