Zverev 3-cü pillədə
Dünyanın dördüncü raketkası Aleksandr Zverev Parisdəki “Masters”də 1/4 finala yüksəlib. O, üçüncü mərhələdə Qriqor Dimitrovu məğlub edib – 7:6, 6:7, 6:3.
Almaniyalı tennisçi son 29 oyunda 27-ci dəfə qalib gəlib. O, mövsümdə 5-ci dəfə “Masters”in 1/4 finalına yüksəlib.
Zverev bu qələbə sayəsində reytinq xallarında Stefanos Tsitsipası keçəcək. O, çempionluq yürüşündə 3-cü sıraya qalxacaq.