Zommerdən nadir təsadüf olunan uğur

Zommerdən nadir təsadüf olunan uğur

Mönhenqladbax “Borussiya”sının qapıçısı Yan Zommer nadir təsadüf olunan uğura imza atıb. O, Bundesliqanın “Bayer”lə matçında fərqlənib.
33 yaşlı isveçrəli bu görüşdə iki penaltini qaytarıb. Zommer 2019-cu ildən sonra “Böyük beşik”də bir matçda iki belə zərbəni dəf edən ilk qapıçıdır.

İsveçrəli həm də 12 seyvə imza atıb. Bu, cari mövsüm üçün “Böyük beşlik”də rekorddur.

Qeyd edək ki, “Bayer” bu matçda 2:1 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Derbi yarımçıq dayandırıldı

Növbəti yazı

“Bruklin”in hücumçusu zədələndi