Zirədə məhsuldar heç-heçə

Zirədə məhsuldar heç-heçə

Azərbaycan Premyer Liqasında XXV tura start verilib. İlk oyun günündə bir matç baş tutub.

Turun açılış görüşü Zirədə keçirilib. Qəsəbənin eyniadlı klubu “Şamaxı”nı qəbul edib.

Qarşılaşmada hesabı Hamidu Keyta açıb. O, ilk yarının ortalarında fərqlənib.

İkinci yarı daha məhsuldar alınıb. Ardıcıl iki qol vuran qonaqlar hesabda önə keçib. Amil Yunanov və Kamran Quliyev qol sevinci yaşayıb. Meydan sahibləri məğlubiyyətdən qaça bilib. Nihad Quliyev avtoqol müəllifi olub – 2:2.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

1Qarabağ24195058-1462
2Sabah24165351-1853
3Neftçi24154542-2249
4Zirə25106929-3336
5Qəbələ2488828-2832
6Turan Tovuz24751219-2926
7Kəpəz24481224-4420
8Şamaxı25481323-4020
9Sumqayıt24461416-4018
10Səbail24451519-4117

Bombardirlər: Musa Qurbanlı – 16 qol, Ramil Şeydayev (hər ikisi “Qarabağ”) – 15 qol

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”dan Saka qərarı

Növbəti yazı

Ronaldo ən yaxşı seçildi