“Zirə” və “Neftçi”dən qələbə

“Zirə” və “Neftçi”dən qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib. Turun ilk oyun günündə iki qarşılaşma baş tutub. “Zirə” “Sumqayıt”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən görüşün taleyini bir qol həll edib. Qolsuz keçən ilk hissənin ardından, ikinci yarıda hesab açılıb. Mohamed Hamdaui “qartallar”a qələbə gətirən qolu vurub. “Sumqayıt”ın səylərinə baxmayaraq, matç bu hesabla başa çatıb.

Günün ikinci görüşü “Bakcell Arena”da keçirilib. “Neftçi” “Səbail”i qonaq edib. “Ağ-qaralar”ın üstünlüyü ilə keçən ilk hissədə qol olmayıb. 73-cü dəqiqədə Nikolas Rayselin səhvindən yararlanan Mert Çelik topu Tiaqo Bezzeraya ötürüb. Braziliyalı dəqiq zərbə ilə hesabı açıb – 1:0. 6 dəqiqə sonra Azər Salahlı fərqlənib – 2:0. “Dənizçilər” qollardan sonra hesabı bərabərləşdirmək üçün irəli atılsa da, bu, mümkün olmayıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Keşlə” “Sabah”ı, “Qarabağ” “Qəbələ”ni qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Bayer” hücumçusuna qiymət qoydu

Növbəti yazı

Emreli Xorvatiya çempionatında debüt etdi