Zinçenko “Arsenal”ın hədəfində

Zinçenko “Arsenal”ın hədəfində

“Mançester Siti”nin müdafiəçisi Aleksandr Zinçenko yay transfer pəncərəsində klubunu dəyişə bilər. “Arsenal” 25 yaşlı ukraynalının xidmətində maraqlıdır.

“Topçular”ın baş məşqçisi Mikel Arteta Zinçenkonu orta xətti gücləndirmək üçün yarımmüdafiəçi mövqeyində istəyir. Lakin o, “Mançester Siti”də müdafiənin sol cinahında çıxış edir.

Qeyd edilir ki, daha əvvəl “Mançester Siti”nin məşqçilər korpusunda çalışan Artetanın Zinçenko ilə əla münasibəti var. Bununla belə, “topçular” oyunçu üçün rəqabət aparmalı olacaqlar.

ETOPAZ

Əvvəlki yazı

Muçova zədə üzündən “Rolan Qarros”dan çəkildi

Növbəti yazı

Dəmirəl istefa verdi