Zidan PSJ-yə keçməyəcək

Zidan PSJ-yə keçməyəcək

PSJ-nin baş məşqçi postuna namizədlərdən olan Zinəddin Zidan qərarını verib. O, Maurisio Poçettino ayrıldıqdan sonra klubun başına keçməyəcək.

“Real”ın sabiq baş məşqçisi yaxın vaxtlarda Maurisio Poçettino tərəfindən boşaldılan bu posta namizədlər arasında olmayacaq. Həmçinin, PSJ idman direktoru Leonardo işdən çıxarılıb. Onun yeri uğrunda mübarizədə favorit hazırda “Selta”da strateji məsləhətçi postunu tutan Luis Kamposdur. Onun namizədliyi Kilian Mbappe tərəfindən irəli sürülüb.

ETOPAZ

Əvvəlki yazı

Kostiç “Tottenhem”in hədəfində

Növbəti yazı

İsko “Real”ı tərk edir