“Yuventus”un sabiq futbolçusu 17 yaşında öldü

“Yuventus”un sabiq futbolçusu 17 yaşında öldü


İtaliyanın “Yuventus” klubunun gənclərdən ibarət komandasının sabiq futbolçusu Brayan Dodyen 17 yaşında ölüb. Bunu Turin klubunun mətbuat xidməti yayıb. 12 yaşından xərçəng xəstəliyi ilə mübarizə aparan Brayan məhz bu səbəbdən futbolla vidalaşmalı olub. O, sonuncu dəfə 2019-cu ildə meydançaya qayıdıb. Brayan “Yuventus”un U15 komandasının heyətində çıxış edib.
Xatırladaq ki, Turin klubunun sabiq futbolçusu Poqba formasında “Brayan, mən səninləyəm” yazısı ilə vurduğu qollardan birini Dodyenə həsr edib.

ETOPAZ

Əvvəlki yazı

“Böyük dəbilqə”də 4-cü dəfə 1/8 finalda

Növbəti yazı

PSJ-nin Kessye planı