“Yuventus”dan antirekord

“Yuventus”dan antirekord

“Milan”la 1:1 hesablı heç-heçə edən “Yuventus” son 60 ilin antirekorduna imza atıb. Turin klubu A seriyasının ilk 4 oyununda qalib gəlməyib.

“Ağ-qaralar” sonuncu belə uğursuzluğu 1961/62 mövsümündə yaşayıb. Həmin vaxt “Yuventus” iki heç-heçə edib və iki dəfə uduzub.

Cari mövsümdə “Udineze” (2:2) ilə heç-heçə edən Massimiliano Alleqrinin yetirmələri digər iki qarşılaşmada uduzub. Turinlilər “Empoli”yə 0:1, “Napoli”yə 1:2 hesabı ilə məğlub olub.

ETOPAZ

Əvvəlki yazı

Messi Poçettinonun əlini sıxmaqdan imtina etdi

Növbəti yazı

75 milyardlıq müqavilə