“Yuventus” Kyezanın adını Çempionlar Liqasının heyətinə salmadı

“Yuventus” Kyezanın adını Çempionlar Liqasının heyətinə salmadı

“Yuventus” yarımmüdafiəçi Federiko Kyezanı Çempionlar Liqasının heyətinə daxil etməyəcək. Buna səbəb oyunçunun zədəsinin olmasıdır.

24 yaşlı italiyalı futbolçu komandanın qrup mərhələsini uğurla keçəcəyi təqdirdə turnirdə çıxış edə biləcək. O, yalnız Çempionlar Liqasının pley-off mərhələsində komandasına kömək edə biləcək.

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri yarımmüdafiəçinin sağlamlığını riskə atmaq istəmir.

ETOPAZ

Əvvəlki yazı

Maquayr “Mançester Yunayted”də qalacaq

Növbəti yazı

Depaydan imtina etdilər