Yazıcı Rusiya nəhənginin hədəfində

Yazıcı Rusiya nəhənginin hədəfində

Türkiyəli futbolçu Yusuf Yazıcı qışda icarə əsasında çıxış etdiyi “Trabzonspor”dan ayrıla bilər. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi karyerasını yenidən Rusiyada davam etdirməyə yaxındır.

2021/2022 mövsümündə Moskva MOİK-in formasını geyinmiş Yazıcı bu dəfə “Zenit”in hədəfinə düşüb. Onunla müqavilə imzalanacağı gözlənilir. 

Qeyd edək ki, Fransanın “Lill” klubuna məxsus olan futbolçu Türkiyə klubunda 6 ayda Super Liqada 4 oyunda cəmi 170 dəqiqə meydanda olub.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 26.12.2022

Növbəti yazı

Pavara daha bir müştəri