Yap Stam istefaya göndərildi

Yap Stam istefaya göndərildi

MLS-də çıxış edən “Tsintsinatti” klubu baş məşqçisi Yap Stamı istefaya göndərib. 49 yaşlı niderlandlı mütəxəssisin ABŞ klubundakı fəaliyyəti 1 il 4 ay sürüb.

2020-ci ilin mayından “Tsintsinatti”yə rəhbərlik edən Stamı müvəqqəti Tayron Marşall əvəzləyib. O, yeni baş məşqçi təyinatına qədər komandanın “sükanı arxası”nda olacaq.

Niderlandlının istefasına uğursuzluqlar səbəb olub. Onun yetirmələri son 16 oyunda cəmi 1 qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti”də itki

Növbəti yazı

Günün kuponu – 28.09.2021