Xavinin transfer siyahısı

Xavinin transfer siyahısı

Xavi “Barselona” rəhbərliyinə klubda görmək istədiyi futbolçuların siyahısını təqdim edib. Onun tərkibinə səkkiz oyunçu daxildir.

Bunlar yarımmüdafiəçi Frank Kessie (“Milan”), müdafiəçilər Andreas Kristensen, Sezar Azpilikueta, Markos Alonso (hamısı “Çelsi”), hücumçu Robert Levandovski (“Bavariya”), vinger Rafinya (“Lids”), müdafiəçi Jül Kunde (“Sevilya”) və yarımmüdafiəçi Bernardo Silvadır (“Mançester Siti”).

Daha əvvəl bildirilmişdi ki, kataloniyalılar Kessie və Kristensen ilə artıq anlaşıb. Lakin hələ ki, klub maliyyə problemlərinə görə onları qeydiyyatdan keçirə bilmir.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da Qavi məsələsi həllini tapa bilmir

Növbəti yazı

Bremer “Tottenhem”in hədəfində